"Liverpul" azarkeşləri Mbappenin transferi üçün pul toplayır

"Liverpul" azarkeşləri Mbappenin transferi üçün pul toplayır İndiyədək 2 300 funt sterlinq vəsait toplanılıb
Futbol
8 Mart , 2021 13:48
Liverpul azarkeşləri Mbappenin transferi üçün pul toplayır

İngiltərə "Liverpul"unun azarkeşləri Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappenin transferi üçün pul toplamağa başlayıblar.

"Report"un məlumatına görə, fanatlar artıq bu istiqamətdə aksiyaya start veriblər.

Onlar hesab edirlər ki, dünyada 100 milyona yaxın "Liverpul" azarkeşi var və onların hərəsi 2,5 funt sterlinq ianə etsələr, fransalı hücumçunun keçidi üçün tələb olunan təzminat məbləğini yığmaq mümkün olacaq.

İndiyədək 2 300 funt sterlinq vəsait toplanılıb.

Qeyd edək ki, "Transfermarkt" saytı 23 yaşlı forvardın qiymətini 180 milyon avro olaraq göstərir.

Son xəbərlər

Orphus sistemi