"Liverpul" azarkeşləri çempionluğu stadionda qeyd edib

"Liverpul" azarkeşləri çempionluğu stadionda qeyd edib İki minə yaxın Liverpul azarkeşi komandanın İngiltərə çempionluğunu qırmızıların ev oyunlarını keçirdiyi Enfild stadionunda qeyd edib.
Futbol
26 iyun 2020 05:47
Liverpul azarkeşləri çempionluğu stadionda qeyd edib

İki minə yaxın "Liverpul" azarkeşi komandanın İngiltərə çempionluğunu "qırmızılar"ın ev oyunlarını keçirdiyi "Enfild" stadionunda qeyd edib. 

"Report" BBC-yə istinadən xəbər verir ki, polis əməkdaşları arenanın ətrafındakı yolları bağlayıb, ancaq izdihamı dağıtmaq üçün cəhd göstərməyib. Fanatlar pirotexniki vasitələrdən də istifadə ediblər. 

Azarkeşlər klubun himnini səsləndirmək üçün şəhərin mərkəzində də toplaşıb. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının XXXI turunda "Mançester Siti" səfərdə "Çelsi"yə 1:2 hesabı ilə uduzub və "Liverpul" 1989/1990 mövsümündən sonra ilk dəfə çempion olub. 

Son xəbərlər

Orphus sistemi