"Liverpul" aşağı liqa klubunu darmadağın etdi

"Liverpul" aşağı liqa klubunu darmadağın etdi İngiltərənin Liverpul klubu yoxlama oyunu keçirib.
Futbol
11 İyun , 2020 18:43
Liverpul aşağı liqa klubunu darmadağın etdi

İngiltərənin "Liverpul" klubu yoxlama oyunu keçirib.

"Report"un məlumatına görə, Premyer Liqanın lideri Çempionşip təmsilçisi "Blekbörn Rovers"lə üz-üzə gəlib.

"Enfild" stadionundakı qarşılaşma mersisaydlıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində qolları Sadio Mane, Takumi Minamino, Nabi Keyta, Leyton Klarkson, Joel Matib və Ki-Yan Huver vurublar.

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi