"Liverpul" "Arsenal"a uduzdu

"Liverpul" "Arsenal"a uduzdu Londondakı "Emirates" stadionunda təşkil olunmuş qarşılaşmanı meydan sahibləri öndə tamamlayıb
Futbol
16 İyul , 2020 01:09
Liverpul Arsenala uduzdu

İngiltərə Premyer Liqasında XXXVI turun mərkəzi qarşılaşması "Arsenal" və "Liverpul" komandaları arasında keçirilib. 

"Report"un məlumatına görə, Londondakı "Emirates" stadionunda təşkil olunmuş qarşılaşmanı meydan sahibləri öndə tamamlayıb - 2:1.

Hər üç top ilk yarıda vurulub. Hesabı 20-ci dəqiqədə qonaq komandadan Sadio Mane açıb. 32-ci dəqiqədə Aleksandr Lyakazett bərabərlik, 44-cü dəqiqədə Rayss Nelson qələbə qoluna imza atıb.

Çempionluğu hələ ötən turlardan təmin etmiş "Liverpul" 93 xalla 1-ci, xalını 53-ə çatdıran "Arsenal" isə 9-cudur.   

Son xəbərlər

Orphus sistemi