"Liverpul" 1982-ci il rekordunu təkrarlayıb

"Liverpul" 1982-ci il rekordunu təkrarlayıb İngiltərənin "Liverpul" klubu özünə məxsus rekordu təkrarlayıb
Futbol
4 Noyabr , 2021 09:24
Liverpul 1982-ci il rekordunu təkrarlayıb

İngiltərənin "Liverpul" klubu özünə məxsus rekordu təkrarlayıb.

"Report" "Gracenote Live"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bütün turnirlərdə ardıcıl 25 oyundur məğlub olmur.

Yurgen Kloppun baş məşqçi olduğu komanda 17 matçda qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə edib. "Qırmızılar" noyabrın 7-də İngiltərə Premyer Liqasında XI turun "Vest Hem"lə səfər oyununda uduzmasalar, bu rekordu yeniləyəcəklər.

"Liverpul" son olaraq, 1982-ci ildə ardıcıl 25 görüşdə (20 qələbə, 5 bərabərlik) uduzmayıb.

Qeyd edək ki, "Liverpul" ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Atletiko"nu 2:0 hesabı ilə məğlub edib və vaxtından əvvəl pley-offa vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi