İsveçrə şirkəti AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı müsbət rəy verib

İsveçrə şirkəti AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı müsbət rəy verib Bakı. 23 yanvar. REPORT.AZ/ İsveçrənin SGS şirkəti 2018-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Futbol
832
23 Yanvar , 2019 17:25
0 : 00
0 : 00

Bakı. 23 yanvar. REPORT.AZ/ İsveçrənin SGS şirkəti 2018-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

“Report”un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, şrkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma qrupu 2019-20-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Son xəbərlər

Orphus sistemi