​Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya ala bilməyən klublar açıqlanıb

​Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya ala bilməyən klublar açıqlanıb Mövcud vəziyyətlə bağlı AFFA İcraiyyə Komitəsində müzakirələr aparılacaq
Futbol
3 İyun , 2016 17:15
​Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya ala bilməyən klublar açıqlanıb

Bakı. 3 iyun. REPORT.AZ/ AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. 

"Report"un  qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Premyer Liqada iştirak üçün lisenziya ala bilməyən klubların əlavə 14 gün vaxt ərzində təqdim etdikləri sənədlərə baxılıb. 

Klubların lisenziyalaşdırılması üzrə qaydalara (Buraxılış 2015) əsaslanmış müzakirələrdən sonra qərara alınıb ki, 2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün “Bakı”, “Xəzər Lənkəran”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Şərurspor”, “Turan” Tovuz və “Zaqatala” klublarına lisenziya verilməsin.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Xatırladaq ki, mayın 16-da qəbul olunmuş qərara əsasən, 2016-2017 mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün cəmi 8 kluba lisenziya verilib. Bunlar AZAL, "Kəpəz", "İnter", "Qarabağ", "Qəbələ", "Neftci", Sumqayıt və “Zirə”dir.

Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış hesabat AFFA rəhbərliyinə təqdim olunub. Mövcud vəziyyətlə bağlı yaxın zamanda İcraiyyə Komitəsinin iclasının keçirilməsi və müvafiq müzakirələrin aparılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi