Lionel Messinin karyerası ilə bağlı 3 seçimi

Lionel Messinin karyerası ilə bağlı 3 seçimi İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi hələ ki, komandadakı gələcəyini düşünməyib.
Futbol
17 Avqust , 2020 12:40
Lionel Messinin karyerası ilə bağlı 3 seçimi
Lionel Messi

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi hələ ki, komandadakı gələcəyini düşünməyib. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun karyerası ilə bağlı 3 seçimi var. 

Birinci seçim təcrübəli forvardın hazırkı müqaviləsinin ləğv olunmasıdır. Klubun prezidenti Xosep Bartomeu Messinin ayrılmaması üçün hər şeyi etməyə hazırdır, çünki belə olacağı təqdirdə, funksioner Kataloniya təmsilçisinin tarixinə mənfi klub rəhbəri kimi düşəcək. 

İkinci seçim hücumçunun müqaviləsi bitənə qədər "Barselona"da qalmasıdır. O, bu səbəbdən yanvardan etibarən digər klublarla danışıqlar apara biləcək. Rəhbərlik bu variantla da razılaşmaq istəmir. 

Üçüncü seçim isə ulduz futbolçunun müqaviləsinin yenilənməsidir. Messi komandada baş verənlərlə bağlı rəhbərlikdən reaksiya gözləyir. Onun klubla sözləşməni yeniləmək ehtimalı da var, amma hazırda belə istəyi yoxdur. 

Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır. 

Son xəbərlər

Orphus sistemi