"Barselona" - "Selta" matçında qeyri-adi penalti yerinə yetirilib - VİDEO

"Barselona" - "Selta" matçında qeyri-adi penalti yerinə yetirilib - VİDEO Argentinalı hücumçu topu qapıya vurmaq əvəzinə komanda yoldaşının fərqlənməsinə şərait yaradır
Futbol
15 Fevral , 2016 10:30
Barselona - Selta matçında qeyri-adi penalti yerinə yetirilib - VİDEO

Bakı. 15 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi qeyri-adi penalti zərbəsi yerinə yetirib. "Report"un məlumatına görə, kuryoz olay ölkə çempionatının XXIV turunda "Selta" ilə oyunun 81-ci dəqiqəsində qeydə alınıb.

Argentinalı hücumçu özünün qazandığı penalti nəticəsində topu birbaşa qapıya göndərmək əvəzinə komanda yoldaşı Luis Suaresə ötürüb. Suares isə öz növbəsində topu tora qovuşdurub. Bu, kataloniyalıların 4-cü qolu olub. Suares isə qollarının sayını 23-ə çatdıraraq, "Real Madrid"in hücumçusu Kriştianu Ronaldunu 2 top qabaqlayıb. Oyun "Barselona"nın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, vaxtilə bu cür penalti Hollandiya "Ayaks"ında çıxış etmiş Yohan Kroyff və Yesper Yonsonun sayəsində məşhurlaşıb.

Son xəbərlər

Orphus sistemi