Lionel Messi toyundan qalan yemək və içkiləri xeyriyyə təşkilatına verib

Lionel Messi toyundan qalan yemək və içkiləri xeyriyyə təşkilatına verib Argentinalı futbolçu iyunun 30-da Antonella Rokutso ilə ailə həyatı qurub
Futbol
7 İyul , 2017 15:44
Lionel Messi toyundan qalan yemək və içkiləri xeyriyyə təşkilatına verib

Bakı. 7 iyul. REPORT.AZ/ Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi toyundan qalan yemək və içkiləri Rosario şəhərindəki xeyriyyə təşkilatına verib.

“Report”un məlumatına görə, təşkilatın direktoru Pablo Alqarena “Bleacherreport”a açıqlamasında bildirib ki, ərzaq, yemək və spirtisiz içkiləri qəbul ediblər.

Qeyd edək ki, Lionel Messi iyunun 30-da doğulduğu Argentinanın Rosario şəhərində Antonella Rokutso ilə ailə həyatı qurub.

Toyda 260 qonaq, o cümlədən Neymar, Jerar Pike, Karles Puyol, Qonsalo İquain və Luis Suares kimi futbol ulduzları qatılıblar. Bundan əlavə, mərasimə 157 yerli və xarici jurnalist akkreditə olunub.

Cütlük qonaqlara hədiyyə qismində uşaqlara yardım üçün yaradılmış “Messi Fondu”na ianə etməyi təklif ediblər.

Son xəbərlər

Orphus sistemi