Lionel Messi Sant-Jordi Xaçı ilə mükafatlandırılıb

Lionel Messi Sant-Jordi Xaçı ilə mükafatlandırılıb İspaniyanın Barselona klubunun futbolçusu Lionel Messi Sant-Jordi (Müqəddəs Georgi) Xaçı ilə mükafatlandırılıb.
Futbol
17 May , 2019 09:48
Lionel Messi Sant-Jordi Xaçı ilə mükafatlandırılıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Sant-Jordi (Müqəddəs Georgi) Xaçı ilə mükafatlandırılıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kataloniyanın ali mükafatlarından sayılan Sant-Jordi Xaçı 1981-ci ildə təsis olunub. Messi "Barsa" tarixində Yohan Kroyfdan sonra belə şərəfə nail olan ikinci oyunçudur.

Mükafatlandırma mərasimində argentinalı hücumçu "Siyasi məhbuslara azadlıq" şüarını səsləndirən zalı dəstəkləməkdən imtina edib. O, həmin vaxt səhnədə sakit dayanıb.

Qeyd edək ki, Lionel Messi bu mövsüm 48 oyunda 48 qol və 22 məhsuldar ötürmə müəllifi olub. Onun "Barselona" ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi