Lionel Messi qripə yoluxub

Lionel Messi qripə yoluxub Fransanın PSJ klubunun futbolçusu qrip xəstəliyinə yoluxub.
Futbol
19 Mart , 2022 16:58
Lionel Messi qripə yoluxub

Fransanın PSJ klubunun futbolçusu qrip xəstəliyinə yoluxub.

"Report"un "L Equipe" nəşrinə istinadən məlumatına görə, argentinalı hücumçu komandanın son iki məşqini buraxıb.

35 yaşlı forvardın martın 20-də Liqa 1-in XXIX turunun "Monako" ilə səfər matçında iştirakı sual altına düşüb.

Bu mövsüm Messi PSJ forması ilə bütün turnirlərdə 26 oyuna 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Paris klubuna 2021-ci ilin yayında İspaniya "Barselona"sından azad agent kimi keçib.

Son xəbərlər

Orphus sistemi