Lionel Messi qalır, Neymar satılır

Lionel Messi qalır, Neymar satılır Argentina millisinin futbolçusu Lionel Messi cari mövsümün sonunda Fransa PSJ-sini tərk etməyəcək.
Futbol
25 Aprel , 2022 20:42
Lionel Messi qalır, Neymar satılır

Argentina millisinin futbolçusu Lionel Messi cari mövsümün sonunda Fransa PSJ-sini tərk etməyəcək.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu növbəti mövsümdə də Paris klubunun formasını geyinəcək.

Əvəzində isə Braziliya millisinin üzvü Neymarın komandadan ayrılacağı gözlənilir. Liqa 1 təmsilçisi bu yay yaxşı təklif gələcəyi halda, ulduz futbolçunu satmağı planlaşdırır.

30 yaşlı forvard karyerasını ABŞ-da davam etdirə bilər. Təcrübəli oyunçunun özü də MLS-də çıxış etməyin əleyhinə deyil.

Qeyd edək ki, bu mövsüm Lionel Messi 30 oyunda 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Neymar isə 25 matçda 11 dəfə fərqlənib. Onun aktivində 5 qol ötürməsi də var.

Son xəbərlər

Orphus sistemi