Messi İspaniya Kubokunda klub rekorduna imza atıb

Messi İspaniya Kubokunda klub rekorduna imza atıb "Barselona" futbol klubunun kapitanı və hücumçusu Lionel Messi İspaniya Kubokunun 1/8 finalının matçında iştirakı ilə klub rekorduna imza atıb.
Futbol
28 Yanvar , 2021 04:30
Messi İspaniya Kubokunda klub rekorduna imza atıb
Lionel Messi

"Barselona" futbol klubunun kapitanı və hücumçusu Lionel Messi İspaniya Kubokunun 1/8 finalının matçında iştirakı ilə klub rekorduna imza atıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

Məlumata görə, bu, argentinalının ölkə kubokunda 76-cı matçı olub. Beləliklə, Messi "Barselona"nın sabiq hücumçusu Xosep Samiterin rekordunu üstələyib. Sonuncu klubun oyunlarında 75 yarışda iştirak edib.

“Barselona”nın bununla bağlı siyahısında həmçinin Andres İnyestanın (73 oyun), Visent Pyeranın (71) və yarımmüdafiəçi Xavinin (70) də adları var.

Xatırladaq ki, Messinin Katalon klubu ilə müqaviləsi bu ilin 30 iyununa qədər qüvvədədir. Argentinalı yayda Katalon klubundan getmək istədiyini etiraf edib.

Son xəbərlər

Orphus sistemi