Lionel Messi DÇ-2018-in rəmzi komandasına daxil edilməyib

Lionel Messi DÇ-2018-in rəmzi komandasına daxil edilməyib Bakı. 25 iyul. REPORT.AZ/ FIFA Rusiyada keçirilən dünya çempionatının rəmzi komandasını açıqlayıb.
Futbol
25 İyul , 2018 12:41
Lionel Messi DÇ-2018-in rəmzi komandasına daxil edilməyib
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ FIFA Rusiyada keçirilən dünya çempionatının rəmzi komandasını açıqlayıb. 

"Report"un qurum saytına istinadən verdiyi məlumata görə, azarkeşlər arasında aparılan sorğuda ən çox səsi Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun yarmmüdafiəçisi Luka Modriç toplayıb. Heyətə Argentina millisinin kapitanı Lionel Messi və Braziliya yığmasının hücumçusu Neymar düşməyib.

Azərkeçlər tərəfindən seçilən rəmzi komanda: 

Qapıçı: Tibo Kurtua (Belçika) 

Müdafiəçilər: Marselo (Braziliya), Dieqo Qodin (Uruqvay), Tiaqo Silva (Braziliya), Rafael Varan (Fransa)

Yarımmüdafiəçilər: Filippe Koutinyo (Braziliya), Devin De Bruyne (Belçika), Luka Modriç (Xorvatiya) 

Hücumçular: Harri Keyn, Kilian Mbappe (Fransa), Kriştianu Ronaldu (Portuqaliya)

Qeyd edək ki, DÇ-2018-in finalında Fransa millisini Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub. 

Son xəbərlər

Orphus sistemi