Lionel Messi Çempionlar Liqası matçından sonra hücuma məruz qalıb

Lionel Messi Çempionlar Liqası matçından sonra hücuma məruz qalıb Hadisə paltardəyişmə otağının tunelinə girərkən baş verib
Futbol
101
2 Noyabr , 2016 09:28
Lionel Messi Çempionlar Liqası matçından sonra hücuma məruz qalıb

Bakı. 2 noyabr. REPORT.AZ/ İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin görüşündən sonra İngiltərənin "Mançester Siti" klubunun futbolçuları tərəfindən təhqirlərə məruz qalıb. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, hadisə argentinalı hücumçu "Etihad" stadionunun paltardəyişmə otağının tunelinə girərkən baş verib.

"Şəhərlilər"də çıxış edən həmyerlisi Serxio Aqüeronun müdaxiləsindən sonra insident aradan qalxıb.

Qeyd edək ki, qarşılaşma "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb - 3:1. 

Son xəbərlər

Orphus sistemi