Lionel Messi Argentina yığmasındakı karyerasını başa vurub

Lionel Messi Argentina yığmasındakı karyerasını başa vurub 29 yaşlı hücumçu qərarını Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra açıqlayıb.
Futbol
27 İyun , 2016 09:11
Lionel Messi Argentina yığmasındakı karyerasını başa vurub

Bakı. 27 iyun. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Argentina milli komandasındakı karyerasını başa vurub. "Report"un məlumatına görə, 29 yaşlı hücumçu qərarını Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra açıqlayıb.

"Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim qərarımdır" deyə o bildirib.

Qeyd edək ki, ABŞ-da keçirilmiş Amerika Kubokunun finalında Argentina Çiliyə penaltilər seriyasında uduzub - 2:4. Penaltilərdən birini Lionel Messi yerinə yetirə bilməyib. 

Son xəbərlər

Orphus sistemi