Lionel Messi 5-ci dəfə "Qızıl top"a sahib çıxıb

Lionel Messi 5-ci dəfə "Qızıl top"a sahib çıxıb O, Neymar və Ronaldunu geridə qoyub
Futbol
758
11 Yanvar , 2016 22:58
Lionel Messi 5-ci dəfə Qızıl topa sahib çıxıb

Bakı. 11 yanvar. REPORT.AZ/ 2015-ci ilin ən yaxşı futbolçularının adları açıqlanıb.

"Report"un məlumatına görə, ən yaxşı qadın futbolçu adına Karli Lloyd (ABŞ) yiyələnib.

O, Kanadada keçirilmiş qadın futbolçular arasında Dünya çempionatının qalibi olub. Lloyd Aya Miyama (Yaponiya) və Seliya Şaşiçi (Almaniya) qabaqlayıb.

Ən yaxşı kişi futbolçu isə argentinalı Lionel Messi ("Barselona") hesab edilib. Messi bu ada karyerasında 5-ci dəfə sahib olub. Bu dəfə o həmklubu Neymarla "Real Madrid"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunu geridə qoyub.

Qaliblərə "Qızıl top" verilib.

Son xəbərlər

Orphus sistemi