"Lion" "Mançester Siti"ni məğlub edərək yarımfinala yüksəldi

"Lion" "Mançester Siti"ni məğlub edərək yarımfinala yüksəldi UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Futbol
1465
16 Avqust , 2020 00:53
Lion Mançester Sitini məğlub edərək yarımfinala yüksəldi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, bu raundun son oyununda İngiltərənin "Mançester Siti" klubu ilə Fransa "Lion"u üz-üzə gəlib. Qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı “Joze Alvalade” stadionunda baş tutub.

3:1 hesabı ilə qələbə qazanan "Lion" yarımfinala yüksəlib. 

Görüşdə hesab 24-cü dəqiqədə açılıb. "Lion"un heyətində Maksvel Korne fərqlənib. Birinci hissədə qapılara başqa qol vurulmayıb. İngiltərə təmsilçisi 69-cu dəqiqədə hesabı bərabərləşdirə bilib. Kevin De Bröyne dəqiq oynayıb. "Şəhərlilər" 10 dəqiqə sonra yenidən mərkəzə dəvət olunub. Meydana yeni daxil olan Mussa Dembele "Lion"u önə keçirib. 24 yaşlı hücumçu 87-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb.  

"Lion" yarımfinalda "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) - 1:3 

Qol: Kevin De Bröyne, 69 - Maksvel Korne, 24. Mussa Dembele, 79. 87
Baş hakim:
 Denni Makkeli
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu

Orphus sistemi