"Linfild"in kapitanı: "Kiçik üstünlüyümüz var, amma bu, çox da böyük önəm kəsb etmir"

"Linfild"in kapitanı: "Kiçik üstünlüyümüz var, amma bu, çox da böyük önəm kəsb etmir" “Bizi çətin oyun gözləyir”.
Futbol
28 Avqust , 2019 19:15
Linfildin kapitanı: Kiçik üstünlüyümüz var, amma bu, çox da böyük önəm kəsb etmir

“Bizi çətin oyun gözləyir”.

"Report"un məlumatına görə, bunu Şimali İrlandiya “Linfild”inin kapitanı Ceymi Malqryu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

33 yaşlı yarımmüdafiəçi işlərinin çətin olacağını diqqətə çatdırıb: “Kiçik üstünlüyümüz var. Amma bu, çox da böyük önəm kəsb etmir. Xüsusən də “Qarabağ” kimi güclü komandaya qarşı oyunda”.

Malqryu “Bakı gözəldir, yoxsa “Qarabağ”ın oynadığı futbol” sualını belə cavablandırıb: “Əla şəhərdir, gözəl insanları var. Azərbaycan paytaxtı gözləntilərimizi qarşıladı. O ki qaldı oyuna, indiyə qədər qarşılaşdığımız ən çətin rəqiblərdən biri “Qarabağ” idi. Sabah da çətin olacaq və rəqibin oyun səviyyəsini artıracağını düşünürəm”.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb - 3:2.

Son xəbərlər

Orphus sistemi