​"Lill" klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib

​"Lill" klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib Komanda oyundan bir gün öncə Bakıya gələcək
Futbol
1 Avqust , 2016 11:51
​Lill klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib

Bakı. 1 avqust. REPORT.AZ/ Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi Fransanın "Lill" klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib.

"Qəbələ" klubundan "Report"a verilən məlumata görə, Fransa təmsilçisi oyundan bir gün öncə - avqustun 3-də paytaxtda olacaq.

Çarter reysi ilə Bakıya səfər edəcək "Lill" saat 10:20-də Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.

Avqustun 4-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Fransada keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi