"Lill" klubu stadionda tribunanın uçmasına görə "Amyen" komandasını günahlandırıb - VİDEO

"Lill" klubu stadionda tribunanın uçmasına görə "Amyen" komandasını günahlandırıb - VİDEO İnsident nəticəsində 29 "Lill" azarkeşi xəsarət alıb
Futbol
1 Oktyabr , 2017 07:00
Lill klubu stadionda tribunanın uçmasına görə Amyen komandasını günahlandırıb - VİDEO

Bakı. 1 oktyabr. REPORT.AZ/ Fransanın "Lill" futbol klubunun rəhbərliyi "Amyen" komandasını təhlükəsizlik şəraitinin təmin edilməməsində günahlandırıb.

"Report" xəbər verir ki, iki komanda arasında keçirilən oyun zamanı tribunanın uçması nəticəsində 29 "Lill" azarkeşi xəsarət alıb ki, onlardan da 5-nin vəziyyəti ağırdır.

İnsident "Amyen" klubunun ev oyunlarını keçirdiyi "Stad de la Likorn" stadionunda baş verib. "Lill" fanatları Fode Ballo Turenin qolunu bayram edən zaman, gözlənilmədən oturacaqların qarşısındakı maneə aşıb və insanlar yuxarıdan aşağıdakıların üzərinə düşüblər.

Son xəbərlər

Orphus sistemi