Macarıstan yığmasının qapıçısı: "Azərbaycan millisi Budapeştdə bizdən xal ala bilər"

Macarıstan yığmasının qapıçısı: "Azərbaycan millisi Budapeştdə bizdən xal ala bilər" Bakı. 8 yanvar. REPORT.AZ/ “AVRO-2020-nin seçmə mərhələsində ilk iki oyun bizim üçün çox önəmlidir. Martın 21-də Slovakiyanın qonağı olacaq, üç gün sonra isə Xorvatiyanı qəbul edəcəyik”.
Futbol
8 Yanvar , 2019 14:57
Macarıstan yığmasının qapıçısı: Azərbaycan millisi Budapeştdə bizdən xal ala bilər

Bakı. 8 yanvar. REPORT.AZ/ “AVRO-2020-nin seçmə mərhələsində ilk iki oyun bizim üçün çox önəmlidir. Martın 21-də Slovakiyanın qonağı olacaq, üç gün sonra isə Xorvatiyanı qəbul edəcəyik”.

“Report” xəbər verir ki, bunu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Macarıstan yığmasının qapıçısı Peter Qulaçi “Origo Sport”a müsahibəsində deyib. Almaniyanın “Leyptsiq” klubunun formasını geyinən 28 yaşlı oyunçunun sözlərinə görə, əsas məsələ daxili balansın olmasıdır: “Komandadakı balansı daha da yaxşılaşdıra bilsək, bu, qrupda ikinci yer uğrunda mübarizədə həlledici ola bilər. Xorvatiya Azərbaycan və Uelsin də olduğu qrupda seçilir. Amma bu iki komandanın da Macarıstanla səfər matçında xal götürmək şansları var”.

P.Qulaçi deyib ki, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazansalar, evdə keçirəcəkləri qrup oyunlarından ikisində qalib gəlmələri mümkündür: “Yaxşı komanda oyunu Xorvatiya ilə Slovakiyadan xal almağımıza kömək edər və bu yolumuza davam etmək üçün güclü təkan ola bilər. AVRO-2020-nin final mərhələsinin oyunlarının keçiriləcəyi Budapeştdəki Ferents Puşkaş adına yeni stadionda matça çıxmaq millinin hər bir oyunçusu üçün əlavə motivasiyadır. Final mərhələsinə vəsiqə qazansaq, mütləq evdə iki görüşdə qalib gələcəyik”.

Azərbaycan millisi Macarıstan yığması ilə iyunun 8-də evdə, oktyabrın 13-də isə səfərdə qarşılaşacaq.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

Son xəbərlər

Orphus sistemi