"Leyptsiq" Fransa millisinin müdafiəçisini transfer etdi

"Leyptsiq" Fransa millisinin müdafiəçisini transfer etdi Almaniya "Leyptsiq"i heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
22 Mart , 2021 17:36
Leyptsiq Fransa millisinin müdafiəçisini transfer etdi
Məhəmməd Simakan

Almaniya "Leyptsiq"i heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Fransa "Strasbur"unun müdafiəçisi Məhəmməd Simakanı transfer edib.

21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Fransalı futbolçu yeni komandasına cari mövsümün sonunda qoşulacaq. O, "Leyptsiq"də 2 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, bu mövsüm "Strasbur"un heyətində 19 oyunda meydana çıxan Məhəmməd Simakan bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib. O, Fransanın U-20 millisinin də üzvüdür.

Son xəbərlər

Orphus sistemi