“Leypsiq”in yarımmüdafiəçisi Ştefan İlzanker zorakılıqda şübhəli bilinir

“Leypsiq”in yarımmüdafiəçisi Ştefan İlzanker zorakılıqda şübhəli bilinir Almaniyanın “Leypsiq” futbol klubunun avstriyalı yarımmüdafiəçisi Ştefan İlzanker zorakılıqda şübhəli bilinir.
Futbol
10 yanvar 2020 04:54
“Leypsiq”in yarımmüdafiəçisi Ştefan İlzanker zorakılıqda şübhəli bilinir

Almaniyanın “Leypsiq” futbol klubunun avstriyalı yarımmüdafiəçisi Ştefan İlzanker zorakılıqda şübhəli bilinir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, futbolçuya qarşı ittiham 26 yaşlı qadın tərəfindən irəli sürülüb.

Adı açıqlanmayan qadın bildirib ki, Zalsburqda mənzildə əyləncə gecəsində futbolçu tərəfindən zorakılığa məruz qalıb.

Zalsburq Prokurorluğu polisə araşdırma aparmağı tapşırıb. Öz növbəsində futbolçunun müdafiəçisi qeyd edib ki, "zərərçəkənin ifadələrində ciddi ziddiyyətlər var".

İlzanker “Leypsiq”ə 2015-ci ilin yayında Avstriyanın "Zalsburq” klubundan keçib. O, həmçinin Avstriya yığmasında 42 matçda iştirak edib. 

Son xəbərlər

Orphus sistemi