"Leypsiq" Almaniya Bundesliqasında liderliyə yüksəlib - VİDEO

"Leypsiq" Almaniya Bundesliqasında liderliyə yüksəlib - VİDEO "Bayer" – "Leypsiq" matçında qapılara 5 qol vurulub
Futbol
19 Noyabr , 2016 02:21
Leypsiq Almaniya Bundesliqasında liderliyə yüksəlib - VİDEO

Bakı. 19 noyabr. REPORT.AZ/ "Leypsiq" futbol klubu Almaniya çempionatının 11-ci turu çərçivəsində səfərdə Leverkuzen "Bayer"ini 3:2 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, ev sahiblərinin heyətində Kevin Kampl (1-ci dəqiqə) və Yulian Brandt (45) fərqlənib.

"Leypsiq"in heyətində qollar Emil Forsberq (67) və Villi Orbanın (81) hesabına yazılıb. Görüşün 4-cü dəqiqəsində "Bayer"in futbolçusu Yulian Baumqartlinqer topu öz qapısına göndərib.

Bu oyundan sonra "Leypsiq" turnir cədvəlində lderliyə yüksəlib. Aktivində 25 xal olan komanda cari mövsümdə 8 qələbə qazanıb və 3 oyunda meydandan sülhlə ayrılıb. İkinci yerdə 24 xalla "Bavariya" gedir. Lakin Münhen klubunun ehtiyatda bir oyunu var. "Bayer" 16 xal ilə 8-cidir.

"Leypsiq" Almaniya Bundesliqasının debütantıdır.

Son xəbərlər

Orphus sistemi