"Lex" - "Qarabağ" matçının hakimləri açıqlanıb

"Lex" - "Qarabağ" matçının hakimləri açıqlanıb Polşada "Lex" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.
Futbol
20 İyun , 2022 16:20
Lex - Qarabağ matçının hakimləri açıqlanıb
Xose Luis Munuera

Polşada "Lex" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Xose Luis Munueraya yan xətt hakimləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 5-də "Poznan stadionunda keçiriləcək "Lex" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi