"Lex" "Qarabağ"la oyundan öncə Kiyev "Dinamo"sundan futbolçu alıb

"Lex" "Qarabağ"la oyundan öncə Kiyev "Dinamo"sundan futbolçu alıb UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"i növbəti transferini gerçəkləşdirib.
Futbol
30 İyun , 2022 13:45
Lex Qarabağla oyundan öncə Kiyev Dinamosundan futbolçu alıb

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"i növbəti transferini gerçəkləşdirib.

"Report" xəbər verir ki, Poznan təmsilçisi Gürcüstan millisinin və Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Georgi Tsitaişvilini heyətinə qatıb.

Ukrayna vətəndaşlığı da olan 22 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi