"Lex" "Qarabağ"la oyun öncəsi kapitan problemini həll edib

"Lex" "Qarabağ"la oyun öncəsi kapitan problemini həll edib Polşanın "Lex" klubunda yeni mövsüm öncəsi kapitan dəyişikliyi olmayacaq.
Futbol
5 İyul , 2022 15:38
Lex Qarabağla oyun öncəsi kapitan problemini həll edib

Polşanın "Lex" klubunda yeni mövsüm öncəsi kapitan dəyişikliyi olmayacaq.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu vəzifəni əvvəlkitək Mikhael İshak yerinə yetirəcək. Yeni baş məşqçi Con van den Brom da bu məsələdə 29 yaşlı forvarda etimad göstərib.

Evdə "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda da kapitan sarğısını isveçli hücumçu daşıyacaq.

Qeyd edək ki, bu gün Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi