"Lex"inin sabiq futbolçusu: "Qarabağ" ilk baxışdan yaxşı təəssürat oyatdı"

"Lex"inin sabiq futbolçusu: "Qarabağ" ilk baxışdan yaxşı təəssürat oyatdı" "Qarabağ" texniki və taktiki planda bizdən daha yaxşı təsir bağışladı".
Futbol
6 İyul , 2022 17:46
Lexinin sabiq futbolçusu: Qarabağ ilk baxışdan yaxşı təəssürat oyatdı

"Qarabağ" texniki və taktiki planda bizdən daha yaxşı təsir bağışladı".

"Report"un məlumatına görə, bunu "Lex"inin sabiq futbolçusu Martsin Drayer Polşa çempionunun evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Veteran müdafiəçi bildirib ki, "köhlən atlar" səfərdə oynamasına baxmayaraq, meydanda dominantlıq ediblər: "Azərbaycan təmsilçisi ilk baxışdan yaxşı vizual təəssürat yaratdı. Razılaşın ki, "Lex"in qazandığı nəticə sərgilədiyi oyundan daha yaxşı idi. Cavab matçı öncəsi minimal hesablı qələbə cüzi üstünlükdür. "Qarabağ" uzun illərdir ki, avrokubokların qrup mərhələsində müntəzəm çıxış edir. Ona görə də bu rəqibə qarşı oynamaq çox çətindir".

Qeyd edək ki, "Qarabağ" və "Lex" arasında cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi