"Lex"in sabiq qapıçısı: "Bakıya yaxşı nəticə ilə yollanmaq lazımdır"

"Lex"in sabiq qapıçısı: "Bakıya yaxşı nəticə ilə yollanmaq lazımdır" "Təəssüf ki, "Lex" ilk oyununu evdə keçirəcək. Biz komandamızın səfərdən sərfəli nəticə ilə qayıdıb, cavab matçında rahat oynamasına öyrəşmişik".
Futbol
5 İyul , 2022 18:22
Lexin sabiq qapıçısı: Bakıya yaxşı nəticə ilə yollanmaq lazımdır

"Təəssüf ki, "Lex" ilk oyununu evdə keçirəcək. Biz komandamızın səfərdən sərfəli nəticə ilə qayıdıb, cavab matçında rahat oynamasına öyrəşmişik".

"Report"un məlumatına görə, bunu "Lex"in sabiq qapıçısı Kşiştof Kotorovski Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa çempionu ilə "Qarabağ" arasında baş tutacaq oyunlar haqqında danışarkən deyib.

46 yaşlı veteran qolkiper bildirib ki, Poznan təmsilçisi evdəki ilk qarşılaşmada qələbə qazanıb, Bakıya yaxşı nəticə ilə yollanmalıdır: "Ora çox isti olacaq, Bu, həm azarkeşlərə, həm stadiondakı atmosferə, həm də hava şəraitinə aiddir".

Qeyd edək ki, bu gün Poznandakı eyniadlı stadionda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü iyulun 12-də Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi