"Lex"in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Lex"in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq Polşanın "Lex" klubunun 2 futbolçusu "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarını buraxacaq.
Futbol
4 İyul , 2022 17:03
Lexin iki futbolçusu Qarabağla oyunu buraxacaq

Polşanın "Lex" klubunun 2 futbolçusu "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarını buraxacaq.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

Niderlandlı mütəxəssisin sözlərinə görə, polşalı müdafiəçi Bartoş Salamon zədə, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün qarşıdakı görüşlərdə meydana çıxmayacaqlar.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi