Levandovskinin het-triki “Bavariya”ya qələbə qazandırdı

Levandovskinin het-triki “Bavariya”ya qələbə qazandırdı ​​​​​​​Almaniya Bundesliqasının 24-cü turunun matçı keçirilib
Futbol
119
7 Mart , 2021 02:33
Levandovskinin het-triki “Bavariya”ya qələbə qazandırdı

Almaniya Bundesliqasının 24-cü turunun matçı keçirilib.

“Report” xəbər verir ki, “Bavariya” öz meydanında Dortmund “Borussiya”sını qəbul edib. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab birinci hissədə açılıb. Matçın 9-cu dəqiqəsinə kimi qonaqlar artıq iki qol vurublar. Dublu norveçli hücumçu Erlinq Holand edib.

Birinci hissənin 26-cı dəqiqəsində Robert Levandovski fərqi azaldıb. Polşalı hücumçu birinci hissənin sonunda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetir.

Daha sonra Leon Qoreçki “Borussiya”nı məyus edib. Oyun Levandovskinin het-triki ilə yekunlaşıb.

Bununla da “Bavariya” 55 xal yığaraq Bundesliqanın yarış cədvəlində birinci yerə yüksəlib.

Son xəbərlər

Orphus sistemi