Levandovski idman köynəyini hərraca çıxardı - FOTO

Levandovski idman köynəyini hərraca çıxardı - FOTO Münhen Bavariya”sının polşalı hücumçusu Robert Levandovski özünün Instagramdakı səhifəsində idman köynəyini avtoqrafla hərracda nümayiş etdirdiyini bildirib.
Futbol
11 Aprel , 2020 05:55

Münhen "Bavariya”sının polşalı hücumçusu Robert Levandovski özünün "Instagram"dakı səhifəsində idman köynəyini avtoqrafla hərracda nümayiş etdirdiyini bildirib.

“Report”un məlumatına görə, futbolçu hərracdan əldə ediləcək gəlirin xeyriyyə məqsədləri üçün xərclənəcəyini deyib.

"Bu mənim Bundesliqada “Şalke” ilə oynadığım futbolkamdır. Həmin oyunda het-trik etdim. Mən onu “Less app” layihəsi çərçivəsində hərracda nümayiş etdirirəm. Satışdan əldə olunacaq vəsaitlər Polşa xəstəxanalarına ianə ediləcək", - Levandovski yazıb.

“Less App” məşhur insanların geyimlərinin xeyriyyə məqsədləri üçün satışı layihəsidir. Polşa Avropanın digər ölkələri kimi, koronavirus pandemiyası ilə əlaqədar səhiyyə sistemində ciddi yüklənmə hiss edir. İndi ölkədə 5,9 mindən çox COVID-19 infeksiyasına yoluxma təsdiq edilib, 181 xəstə pandemiyanın qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi