Levandovski əbədi sayılan rekordu keçdi

Levandovski əbədi sayılan rekordu keçdi Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski klubun sabiq hücumçusu Herd Müllerə məxsus əbədi rekordu arxada qoyub
Futbol
22 May , 2021 21:15
Levandovski əbədi sayılan rekordu keçdi
Robert Levandovski

Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski klubun sabiq hücumçusu Herd Müllerə məxsus əbədi rekordu üstələyib.

"Report"un məlumatına görə, bu, Münhen təmsilçisinin "Auqsburq"u 5:2 hesabı ilə yendiyi Bundesliqanın XXXIV tur matçında baş verib. 90-cı dəqiqədə fərqlənən polşalı forvard mövsümün 29-cu matçında 41-ci topunu vurub.

Qeyd edək ki, Herd Müller 1972/1973 mövsümündə 36, 1969/1970 mövsümündə 38, 1971/1972 mövsümündə 40 qola imza atıb.

"Bavariya" çempionluğunu XXXII turda rəsmiləşdirib.

Son xəbərlər

Orphus sistemi