Qana millisinin futbolçusu Ovusu Kvabena icarədə olduğu İspaniyanın "Kordoba" klubunu "Qarabağ"a keçmək üçün tərk edib.
"Report"un "Diario Cordoba" nəşrinə istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu "Leqanes"in düşərgəsinə yollanıb. Kvabena bu addımı "Kordoba"nın razılığını almadan atıb.
O, Sequnda B təmsilçisinə ötən yay bir illik icarəyə verilib. Mövsümün ilk yarısında Kvabena 6 qol vurub. Afrikalı forvard "Kordoba"nın hücum xəttində yeganə oyunçu olub.
Qeyd edək ki, Ovusu Kvabena "Leqanes"ə 2017-ci ildə transfer olunsa da, daim icarədə olub. "Qarabağ"ın onu "Leqanes"dən almaq istədiyi və klublar arasında razılığın əldə edildiyi bildirilir.