Leonid Slutski İngiltərə komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib

Leonid Slutski İngiltərə komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib 46 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postunu tərk etməli olub
Futbol
4 Dekabr , 2017 09:48
Leonid Slutski İngiltərə komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyalı məşqçi Leonid Slutski İngiltərənin “Hall Siti” futbol komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postunu tərk etməli olub.

Çempionşipdə mübarizə aparan “pələnglər”in 20 turdan sonra 19 xalla 20-ci pillədə qərarlaşması rəhbərliyi qane etməyib.

Qeyd edək ki, L.Slutski yay fasiləsində “Hall Siti”nin baş məşqçisi təyin olunmuşdu. Onun qarşısına komandanı yenindən Premyer Liqaya çıxarmaq tapşırığı qoyulmuşdu.

Xatırladaq ki, 2009-2016-cı illərdə Moskvanın ÇSKA komandasına rəhbərlik edən L.Slutski bu müddət ərzində üçqat Rusiya çempionu, həmçinin ölkə kubokunun və ölkə superkubokunun ikiqat qalibi olub. Rusiya milli komandası 2016-ci ildə keçirilən Avropa çempionatında onun rəhbərliyi altında çıxış edib.

Son xəbərlər

Orphus sistemi