Lempard Olivye Jirunun "Çelsi”dən" gedişi xəbərini təsdiqləyib

Lempard Olivye Jirunun "Çelsi”dən" gedişi xəbərini təsdiqləyib Çelsi”nin baş məşqçisi Frenk Lempard komandanın hücumçusu Olivye Jirunun yaxın vaxtlarda London klubunu tərk edə biləcəyini istisna etməyib.
Futbol
6 Yanvar , 2020 08:39
Lempard Olivye Jirunun Çelsi”dən gedişi xəbərini təsdiqləyib

"Çelsi”nin baş məşqçisi Frenk Lempard komandanın hücumçusu Olivye Jirunun yaxın vaxtlarda London klubunu tərk edə biləcəyini istisna etməyib.

“Report”un məlumatına görə, bu barədə “Sky Sports” bildirib.

"Biz Olivye ilə əlaqə saxladıq və bu nəticəyə gəldik ki, o bu şərtlə gedə bilər ki, müqavilə onu, klubu, komandanı və məni razı salsın. Amma təkrarlamaq istəyirəm: şərtlər dörd tərəfin hamısını qaydaya salmalıdır. Görək, bundan nə alınacaq", - deyə Lempard bildirib.

"Çelsi"nin oyunçusu iki il əvvəl "Arsenal”dan keçidini rəsmiləşdirib. Cari mövsümdə 33 yaşlı fransız 6 matç keçirsə də, səmərəli oyunu ilə fərqlənməyib. Müxtəlif KİV-lər Jirunun Fransa çempionatına mümkün qayıdışından bəhs edir. "Nyukasl Yunayted"in adı hücumçunun xidmətlərinə iddiaçılar arasında hallandırılır.

Son xəbərlər

Orphus sistemi