KİV: Lempard Bakıda baş tutacaq matçdan asılı olmayaraq "Çelsi"nin baş məşqçisi vəzifəsinə gətiriləcək

KİV: Lempard Bakıda baş tutacaq matçdan asılı olmayaraq "Çelsi"nin baş məşqçisi vəzifəsinə gətiriləcək Derbi Kauntinin baş məşqçisi və Çelsinin keçmiş futbolçusu Frenk Lempard yeni mövsümdə komandanın hazırkı məşqçisi Maurisio Sarrini bu postda əvəzləyib. London klubuna başçılıq edə bilər.
Futbol
21 May , 2019 08:16
KİV: Lempard Bakıda baş tutacaq matçdan asılı olmayaraq Çelsinin baş məşqçisi vəzifəsinə gətiriləcək

"Derbi Kaunti"nin baş məşqçisi və "Çelsi"nin keçmiş futbolçusu Frenk Lempard yeni mövsümdə komandanın hazırkı məşqçisi Maurisio Sarrini bu postda əvəzləyib. London klubuna başçılıq edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Gazeta.ru" bildirib.

Məlumata görə, "Çelsi" mayın 29-da Bakıda baş tutacaq London "Arsenal"ına qarşı Avropa Liqasının final matçının nəticəsindən asılı olmayaraq əsas məşqçisini əvəzləyəcək.

Bildirilir ki, Sarrinin istefaya göndərilməsinin təşəbbüskarı klubun sahibi Roman Abramoviçdir. Buna səbəb italiyalı mütəxəssisin komandanın azarkeşləri ilə qarşılıqlı münasibətidir. Abramoviç "Çelsi"nin adlı-sanlı futbolçusu, keçmiş kapitan Lempardı baş məşqçi postuna dəvət etməklə vəziyyəti qaydasına salmaq istəyir.

İngilis futbolçu cari mövsümü "Derbi Kaunti"nin rəhbərliyində keçirir. Komanda 46 matçdan sonra 74 xal yığaraq 6-cı yeri tutub.

Son xəbərlər

Orphus sistemi