"Legiya"nın sabiq hücumçusu: "Mahir Emrelini mühakimə etmək çətindir"

"Legiya"nın sabiq hücumçusu: "Mahir Emrelini mühakimə etmək çətindir" "Komandanın oyununda sabitlik çatmır. Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər".
Futbol
24 Noyabr , 2021 20:59
Legiyanın sabiq hücumçusu: Mahir Emrelini mühakimə etmək çətindir

"Komandanın oyununda sabitlik çatmır. Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər".

"Report"un məlumatına görə, bu sözləri Polşa "Legiya"sının sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm Ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədə "Sport.pl" saytına müsahibəsində deyib.

Veteran oyunçu Varşava təmsilçisinin yayda heyətinə qatdığı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışına da toxunub: "Emreli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa Liqasının qrupunda İngiltərə "Lester"inə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir".

Qeyd edək ki, "Legiya" Polşa çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi