"Legiya"nın sabiq futbolçusu Mahir Emrelini tənqid edib

"Legiya"nın sabiq futbolçusu Mahir Emrelini tənqid edib "Legiya"nın ən böyük qüsuru qeyri-effektivlikdir. Əvvəlki yarışlarda cərimə meydançasına asmaların demək olar ki, hamısı Tomaş Pekqartın qolu ilə nəticələnirdi. İndi belə zərbələr endirən yoxdur".
Futbol
421
28 Sentyabr , 2021 00:40
Legiyanın sabiq futbolçusu Mahir Emrelini tənqid edib

"Komandanın ən böyük qüsuru qeyri-effektivlikdir. Əvvəlki yarışlarda cərimə meydançasına asmaların demək olar ki, hamısı Tomaş Pekqartın qolu ilə nəticələnirdi. İndi belə zərbələr endirən yoxdur".

"Report" xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunun sabiq futbolçusu Marek Yovyak Varşata təmsilçisinin çıxışı barədə "Przegladsportowy" nəşrinə müsahibəsində deyib.

54 yaşlı polşalı keçmiş müdafiəçi Azərbaycan millisinin hücumçusu Mahir Emreli və portuqaliyalı forvard Rafael Lopesin IX turda "Rakuv"la oyundakı çıxışını tənqid edib.

Yovyakın sözlərinə görə, "Legiya"nın "mərmilər"i lazımi formada deyil: "Mahir Emreli və Rafael Lopesin o cür epizodlardan yararlanmaları lazımdır. Qol vurmamaq günah olardı".

Qeyd edək ki, "Legiya" "Rakuv"a evdə 2:3 hesabı ilə uduzub. Varşava təmsilçisinin ilk qolunu 33-cü dəqiqədə Mahir Emreli vurub.

Son xəbərlər

Orphus sistemi