"Legiya"nın idman direktoru Mahir Emreli ilə bağlı iddialara aydınlıq gətirib

"Legiya"nın idman direktoru Mahir Emreli ilə bağlı iddialara aydınlıq gətirib Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sından ayrılmayacaq.
Futbol
29 Dekabr , 2021 18:16
Legiyanın idman direktoru Mahir Emreli ilə bağlı iddialara aydınlıq gətirib
Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sından ayrılmayacaq.

"Report"un məlumatına görə, bu barədə Varşava təmsilçisinin yeni idman direktoru Yatsek Zelinski TVPSPORT-a açıqlama verib.

Klub rəsmisinin sözlərinə görə, 24 yaşlı hücumçu ilə yanaşı, müdafiəçi Mateuş Veteska və Bartoş Sliş də "Legiya"da qalacaq: "Deyəsən, əsas komandadan heç kim getməyəcək. Bu günə olan vəziyyət belədir".

Qeyd edək ki, cari mövsümün əvvəlində "Legiya" ilə 3+1 illik müqavilə imzalamış Mahir Emrelinin azarkeşlərlə bağlı insidentdən sonra paytaxt klubunu tərk edəcəyi iddia olunur.

Son xəbərlər

Orphus sistemi