"Legiya"nın baş məşqçisi Mahir Emreliyə uyğun sistem axtarır

"Legiya"nın baş məşqçisi Mahir Emreliyə uyğun sistem axtarır "Yay transfer pəncərəsi arxada qalıb, hazırda imkanlarımızı və komandanın durumunu bilirik. Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik"
Futbol
14 Sentyabr , 2021 15:10
Legiyanın baş məşqçisi Mahir Emreliyə uyğun sistem axtarır

"Yay transfer pəncərəsi arxada qalıb, hazırda imkanlarımızı və komandamızın durumunu bilirik. Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik".

"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Rusiyada Moskva "Spartak"ına qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl "Sport.tvp.pl" nəşrinə müsahibəsində deyib.

51 yaşlı mütəxəssis aparıcı futbolçularına uyğun taktika ilə meydana çıxmaq istədiklərini bildirib: "Mahir Emreli, Jozue Soareş, Ernest Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm. Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 oyunçunun olmasını istəyirəm".

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi