"Legiya"nın baş məşqçisi Mahir Emreliyə qəzəblənib

"Legiya"nın baş məşqçisi Mahir Emreliyə qəzəblənib "Yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdən rəqibin hücum futbolu sərgiləyəcəyini gözləyirdik".
Futbol
26 Noyabr , 2021 11:12
Legiyanın baş məşqçisi Mahir Emreliyə qəzəblənib
Mahir Emreli

"Yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdən rəqibin hücum futbolu sərgiləyəcəyini gözləyirdik".

"Report" "Legia.net" saytına istinadən xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunun baş məşqçisi Marek Qolebiyevski İngiltərədə "Lester"ə 1:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis buraxdıqları ilk qoldan əvvəl mərkəzdə topu itirən Mahir Emrelinin reaksiyasından sonra qəzəblənib. Buna 24 yaşlı hücumçunun sonadək mübarizə aparmaması səbəb olub.

Qolebiyevski həmin epizoddakı reaksiyana belə aydınlıq gətirib: "Meydanda baş verənlərə hər zaman dərhal reaksiya verirəm. Ona görə də reaksiyam belə oldu. Oyunçu səhv edirsə və görürəm ki, bu, mənə qol bahasına başa gəlirsə, reaksiyam belə olur".

Qeyd edək ki, Mahir Emreli həmin matçda penaltidən yararlana bilməyib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib

Son xəbərlər

Orphus sistemi