Baş məşqçi Mahir Emrelinin "Legiya"da qalmasını istəyir

Baş məşqçi Mahir Emrelinin "Legiya"da qalmasını istəyir Polşa "Legiya"sının yeni baş məşqçisi Aleksandr Vukoviç bu gün Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşəcək.
Futbol
17 dekabr 2021 12:33
Baş məşqçi Mahir Emrelinin Legiyada qalmasını istəyir

Polşa "Legiya"sının yeni baş məşqçisi Aleksandr Vukoviç bu gün Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşəcək.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət almış hücumçu ilə son hadisələri müzakirə edəcək.

Vukoviç 24 yaşlı forvardın komandada qalmasını və qış fasiləsində Dubaya təlim-məşq toplanışına yollanmasını istəyir.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.

Son xəbərlər

Orphus sistemi