"Legiya"da kapitanlıq sarğısı azarkeşlərin döydüyü futbolçuya verilib

"Legiya"da kapitanlıq sarğısı azarkeşlərin döydüyü futbolçuya verilib Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının yeni kapitanı müəyyənləşib.
Futbol
578
19 Yanvar , 2022 19:22
Legiyada kapitanlıq sarğısı azarkeşlərin döydüyü futbolçuya verilib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının yeni kapitanı müəyyənləşib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, kapitanlıq sarğısını bundan sonra braziliyalı hücumçu Lukinyas daşıyacaq.

Varşava təmsilçisinin məşqçilər heyəti bu vəzifəni Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra azarkeşlərin hücumu zamanı Emreli ilə birlikdə xəsarət almış 26 yaşlı forvarda həvalə edib. Bunadək komandanın kapitanı 42 yaşlı polşalı qapıçı Artur Boruts idi.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Son xəbərlər

Orphus sistemi