"Legiya" azarkeşləri "Lester"lə oyunda polisə hücum ediblər

"Legiya" azarkeşləri "Lester"lə oyunda polisə hücum ediblər Onlar "Lester" tərəfdarlarının yerləşdiyi sektora da keçməyə çalışıblar
Futbol
442
26 Noyabr , 2021 10:14
Legiya azarkeşləri Lesterlə oyunda polisə hücum ediblər

Polşanın "Legiya" klubunun azarkeşləri İngiltərədə "Lester"ə 1:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda iğtişaşlar törədib.

"Report"un məlumatına görə, qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları pirotexniki vasitələrdən istifadə edib və "Lester" tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar.

Bundan əlavə, azarkeşlər onları sakitləşdirməyə çalışan polis əməkdaşlarına da hücum ediblər.

Qeyd edək ki, "Legiya"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. 24 yaşlı hücumçu həmin qarşılaşmada penaltidən yararlana bilməyib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib.

Son xəbərlər

Orphus sistemi