Latviya yığmasının 4 futbolçusu Azərbaycanla görüşdə iştirak etməyəcək

Latviya yığmasının 4 futbolçusu Azərbaycanla görüşdə iştirak etməyəcək Latviya yığmasının 4 futbolçusu Küveyt və Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq görüşünü buraxacaq.
Futbol
17 Mart , 2022 14:13
Latviya yığmasının 4 futbolçusu Azərbaycanla görüşdə iştirak etməyəcək

Latviya yığmasının 4 futbolçusu Küveyt və Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq görüşünü buraxacaq.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Niderlandın "Kambür" klubunda çıxış edən Robert Uldrik səhhətindəki problemə görə, Çexiya "Yablonets"indən Davis İkaunieks və RFS komandasından Artur Zyuzin zədə səbəbindən dəvət almayıb.

Robert Uldrik 2018-ci il iyunun 9-da Riqada Azərbaycan yığmasına 1:4 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə Latviya millisinin yeganə qolunun müəllifi olub.

Əvəzində Polşa "Yagelloniya"sından qapıçı Pavel Steinbor, "Lexiya" (Qdansk) komandasından Krister Tober və Finlandiyanın "Kuopio Palloseura" klubundan Yanis İkaunyek sıraya dönüb. İrlandiya "Dandolk"undakı Raivya Andra Jurkovskanın çağırılmama səbəbi açıqlanmayıb.

Bundan əlavə, "Valmiera"dakı Daniel Balodis və Emil Birka ilk dəfə əsas komandaya dəvət alıb.

Digər tərəfdən, köməkçi-məşqçi Yurgis Puçinskas Azərbaycan yığması ilə oyunda iş başında olmayacaq. O, eyni zamanda icra etdiyi U-17 yığmasının baş məşqçisi kimi 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək.

Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi