"Latsio" "Roma"nı səfərdə məğlub edib

"Latsio" "Roma"nı səfərdə məğlub edib Görüş 3:1 hesabı ilə başa çatıb
Futbol
30 Aprel , 2017 17:19
Latsio Romanı səfərdə məğlub edib

Bakı. 30 aprel. REPORT.AZ/ Futbol üzrə İtaliya çempionatının 34-cü turunda "Latsio" səfərdə "Roma"nı 3:1 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, qalib komandanın heyətində Balde Keyta (12 və 85-ci dəqiqələrdə) və Duşan Basta (50) fərqlənib.

"Roma"nın təsəlli qolunu Daniele de Rossi 45-ci dəqiqədə penaldan vurub. 90-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Antonio Rüdiqer qırmızı vərəqə alıb.

"Roma" çempionatın sonuna 4 tur qalmış 75 xal ilə 2-ci pillədə qərarlaşıb və lider "Yuventus"dan 9 xal geridə qalır. "Latsio" 67 xal ilə 4-cü yerdə gedir.

Son xəbərlər

Orphus sistemi