Bakı. 1 fevral. REPORT.AZ/ "Latsio" futbol üzrə İtaliya Kubokunun ¼ final qarşılaşmasında səfərdə "İnter"i məğlub edib.
“Report” xəbər verir ki, görüşün əsas hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatdıqdan, qalib penaltilər seriyası ilə müəyyən edilib (4:3).
"Latsio" yarımfinalda "Milan" ilə qarşılaşacaq. Komandalar 27 fevral və 24 aprel tarixlərində qarşılaşacaqlar. Digər yarımfinalda "Fiorentina" "Atalanta" ilə üz-üzə gələcək.
Turnirin hazırkı qalibi ötən il "Milan"ı 4:0 hesabı ilə darmadağın edən "Yuventus"dur.
İtaliya Kuboku. 1/4 final
"İnter" – "Lasio" - 1:1 (3:4)
Qollar: 0:1 – İmmobile – 108, 1:1 – İkardi – 120+5 (pen)